Qolbol üzrə Azərbaycan millisi İranda təlim-məşq toplanışında iştirak edib
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) qolbol idman növü üzrə milli komandası baş məşqçi Zahir Abdullayevin rəhbərliyi altında İranda təlim-məşq toplanışında iştirak edib.

Hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi İranın qolbol komandaları ilə 3 yoldaşlıq görüşü keçirib. Görüşlərin biri qələbə, biri heç-heçə və digəri isə məğlubiyyətlə başa çatıb - (18:9, 5:5, 7:13).

AMPK-nın qolbol üzrə milli komandası qarşıdan gələn yarışlara hazırlıq məqsədi cari ilin iyulunda İranda növbəti təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, cari ilin sentyabr-oktyabr aylarında ilk dəfə olaraq qolbol üzrə Azərbaycan çempionatının keçirilməsi planlaşdırılır.

Xəbər 250 dəfə oxundu.