Həndbol hakimləri üçün seminar təşkil olunacaq
Azərbaycan Həndbol Federasiyası tərəfindən hakimlər üçün ikigünlük seminar keçiriləcək.

Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminar mayın 25-26-da saat 10:00-da başlayacaq.

Seminarda oyun qaydalarına edilən dəyişikliklər haqqında məlumat veriləcək, həmçinin ən son yeniliklər iştirakçıların diqqətinə çatdırılacaq.

Xəbər 404 dəfə oxundu.