Bakıdakı Rus Evində “Xalqlar dostluğu” uşaq şahmat turniri keçiriləcək
Mayın 26-da Bakıdakı Rus Evində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Xalqlar dostluğu” uşaq şahmat turniri keçiriləcək.

Turnirdə həm Azərbaycan, həm də Rusiyadan şahmat və ümumtəhsil məktəblərinin nümayəndələri iştirak edəcəklər.

Turnir Rus Evinin şahmat klubu, “Ağ At” şahmat məktəbi, Gəncə və qərb bölgəsi üzrə Rus İcması, Yuqorskdakı 5 və Kalininqraddakı 57 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 301 dəfə oxundu.