“Şamaxı” klubu qapıçısı Stanislav Namaşko ilə müqaviləni yeniləyib
“Şamaxı” futbol klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.

“Şamaxı”nın İdarə Heyəti 36 yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.

Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən “Şamaxı”da çıxış edir. S.Namaşko 2020/2021-ci il mövsümündə Azərbaycan kuboku yarışlarının qalibi olub.

Xəbər 376 dəfə oxundu.