UEFA Avropa Liqası: “Fənərbağça”nın hücumçusu Mergim Berişanın qolu mövsümün ən yaxşısı seçilib
UEFA Avropa Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Mergim Berişanın Belçikada “Antverpen”i 3:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin dördüncü tur matçında qayçı zərbəsi ilə vurduğu qol ən yaxşı seçilib.

Matçın 29-cu dəqiqəsində rəqib qapısına yol tapan 24 yaşlı almaniyalı forvard görüşdəki yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Fənərbağça" Avropa Liqası ilə qrup mərhələsində vidalaşıb.

Xəbər 410 dəfə oxundu.