Avropa çempionatında iştirak edən taekvondo və parataekvondo üzrə milli komandalarımız Vətənə qayıdıblar
Avropa çempionatında iştirak edən taekvondo və parataekvondo üzrə böyüklərdən ibarət milli komandalarımız Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini federasiya və idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında taekvondoçumuz Radik İsaev (87 kq) bürünc medal qazanıb. Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) və Sadiq Həmidov (63 kq) bürünc medala sahib olublar.

Xəbər 300 dəfə oxundu.