Nadejda Safronova: Milli Gimnastika Arenasında yaradılan şərait və imkanlar bizdə xoş təəssüratlar yaratdı
Təlim-məşq toplanışında bədii gimnastika üzrə 4 idmançımız iştirak edir. Onlardan 2-si böyük, 2-si isə yeniyetmə idmançıdır. İdman gimnastikası üzrə isə 2 qadın və 3 kişi idmançı hazırlıq prosesinə cəlb olunub.

Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində Monqolustan Gimnastika Federasiyasının Xarici əlaqələr şöbəsinin komanda meneceri Nadejda Safronova deyib.

Monqolustanda bədii gimnastika, idman gimnastikası və aerobika gimnastikasının inkişaf etdirildiyinə deyən N.Safronova bildirib: “Federasiyamızın məşqçiləri gimnastikanın ölkəmizdə geniş yayılması üçün əllərindən gələni əsirgəmirlər. Bu, Bakıya ilk səfərimizdir. Milli Gimnastika Arenasında yaradılan şərait və imkanlar bizdə xoş təəssüratlar yaratdı. Biz, həmçinin Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, İcra Komitəsinin üzvü Mariana Vasilevaya, idman direktoru Natalya Bulanovaya, baş katib Nurlana Məmmədzadəyə və federasiyanın bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk”.

AZƏRTAC

Xəbər 396 dəfə oxundu.