“Səbail” klubu baş məşqçisi ilə yollarını ayırıb
Bakının “Səbail” futbol klubu baş məşqçisi Aftandil Hacıyevlə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bakı təmsilçisi 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verib.

Qeyd edək ki, “Səbail” klubu mayın 13-də A.Hacıyevlə 2023-cü ilin yayınadək yeni sözləşmə imzalamışdı.


Xəbər 241 dəfə oxundu.