Slovakiya yığmasının kapitanı Azərbaycan ilə oyun öncəsi millidəki karyerasını başa vurub
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı Marek Hamşik millidəki karyerasını başa vurub.

Bunu 34 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

“Trabzonspor”un pleymeykeri bundan sonra yığmada oynamayacağını söyləyib: “Qərar vermək mənim üçün asan olmadı. Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm”.

Qeyd edək ki, futbolçu Slovakiya yığmasının heyətində 129 oyun keçirib.

Xəbər 252 dəfə oxundu.