Azərbaycan millisinin futbolçusu Portuqaliya klubundan ayrılıb
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliyanın "Tondela" klubundan ayrılıb.

Bu barədə futbolçu öz instaqram səhifəsində paylaşım edib.

R.Dadaşovun icarə əsasında çıxış etdiyi Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatıb.

Qeyd edək ki, futbolçu müqavilə əsasında İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.

Xəbər 402 dəfə oxundu.