“Qəbələ” klubu aparıcı legioneri ilə razılığa gəlib
UEFA Konfrans Liqasına vəsiqə qazanan “Qəbələ” klubu aparıcı legioneri ilə razılığa gəlib.

Müdafiəçi Ruan Renatodan sonra Rafael Utziqlə anlaşma əldə olunub. Son 2 mövsümdə “Qəbələ”nin formasını geyinən braziliyalı hücumçu gələn ilin yayınadək komandada qalacaq.

“Qəbələ”nin forvardla birillik yeni müqaviləsinin şərtləri öncəkilərdən fərqlənir. Buna kimi hər ay 5 min dollar qazanan Utziq qarşıdakı mövsümdə daha yüksək məvacib alacaq.

Xəbər 252 dəfə oxundu.