“Məşqçilərimizi tanıyaq” layihəsinin növbəti qonağı Qurban Qurbanov olub | |
![]() Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək qonağı salamlayıb və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Q.Qurbanova nazirliyin xüsusi mükafatını təqdim edib. Q.Qurbanovun karyerasından bəhs edən videoçarxın nümayişindən sonra mütəxəssis öz maraqlı xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda Q.Qurbanov ən yaxşı sual sahiblərinə öz hədiyyələrini təqdim edib. Qeyd edək ki, Əməkdar məşqçi Qurban Qurbanovun idmanın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və təcrübəli mütəxəssis Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. |
|
Xəbər 46 dəfə oxundu. |
|
|