İdmançılarımız Hindistanda şahmat festivalına qələbə ilə start veriblər
Hindistanda 13-cü şahmat festivalında birinci turun oyunları keçirilib.

Yarışın güclü A kateqoriyalı yarışında mübarizə aparan Azərbaycan şahmatçıları Azər Mirzəyev və Xatun Bağırova turnirə qələbə ilə start veriblər. Hər iki şahmatçımız aktivinə 1 xal yazdırıb. On turdan ibarət olan yarışda 30-u qrosmeyster olmaqla, 114 şahmatçı iştirak edir.

Festival mayın 29-dək davam edəcək.

Xəbər 389 dəfə oxundu.