“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib
“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

“Qəbələ” İlkin Qırtımovu heyətinə qatıb. Otuz iki yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan İ.Qırtımov 2015-2018-ci və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq”, “Neftçi” və “Zirə”nin də formasını geyinib.

Qeyd edək ki, İ.Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.

Xəbər 232 dəfə oxundu.