“Sabah” futbolçusu Slavik Alxasovla yollarını ayırıb
Bakının “Sabah” klubu futbolçusu Slavik Alxasovla yollarını ayırıb.

29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Paytaxt təmsilçisi təcrübəli oyunçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 266 dəfə oxundu.