“Sumqayıt” FK Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalayıb
“Sumqayıt” futbol klubu 2022-2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Klub daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb. 2019-cu ildən komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb.

V.Mustafayev, həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb.

Xəbər 239 dəfə oxundu.