Super Liqa klubunun baş məşqçisi istefa verib | |
Türkiyənin “Hatayspor” futbol klubunun baş məşqçisi Ömər Ərdoğan istefa verib. 45 yaşlı mütəxəssis bu qərarını Super Liqanın 38-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunundan sonra açıqlayıb. O, komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçın ardından jurnalistlərlə söhbətində Hatay təmsilçisindən ayrılacağını bəyan edib. Mütəxəssis 2020-ci ildən bu komandaya rəhbərlik edib. “Hatayspor” geridə qalan mövsümdə 38 oyuna topladığı 53 xalla 20 iştirakçı arasında 12-ci olub. |
|
Xəbər 238 dəfə oxundu. |
|
|