“Red Bull Racing”in pilotu Maks Ferstappen Formula 1 İspaniya Qran-Prisinin qalibi olub
“Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 İspaniya Qran-Prisinin qalibi olub.

Dünya çempionatının altıncı mərhələsində ilk üçlükdə “Red Bull Racing”in digər pilotu Serxio Peres və “Mercedes”in üzvü Corc Rassell yer alıblar.

M.Ferstappen cari mövsüm 4-cü, karyerasında isə 23-cü qələbəsini qazanıb. “Red Bull Racing” cari mövsüm ikinci dəfə qələbə dubluna imza atıb.

Gələn həftə yarış Monakoda təşkil olunacaq.

Azərbaycan Qran-Prisi isə iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 396 dəfə oxundu.