Bədii gimnastlarımız Polşada 4 medal qazanıblar
Polşada “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnir keçirilib.

Qdınya şəhərində təşkil olunan yarışda ölkəmizi yığma komandamızın böyüklərdən ibarət ikinci heyəti (qrup hərəkətləri üzrə və fərdi gimnastlar) təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək 4 medala sahib olublar.

Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Leyla Əliyevadan ibarət qrup hərəkətləri üzrə yığmamızın üzvləri çoxnövçülük proqramında və 5 halqa ilə hərəkətlərdə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə isə gümüş medal qazanıblar. Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb

Xəbər 506 dəfə oxundu.