“Sabah” klubu Azərbaycan Premyer Liqasında 25-ci heç-heçəsinə imza atıb | |
“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında 25-ci heç-heçəsinə imza atıb. XXVIII turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub. Bakı təmsilçisi yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1. “Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib. |
|
Xəbər 236 dəfə oxundu. |
|
|