Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti dəfə Litva yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə sonuncu yoldaşlıq oyununu keçirib.

Bakı Su İdman Sarayının ərazisindəki meydançada keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Yığmanın heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan komandası 5:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki iki yoldaşlıq matçında da rəqibinə qalib gəlib.

Xəbər 523 dəfə oxundu.