Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
Böyük Britaniyanın Mançester şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatında komandamız daha bir medal qazanıb.

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov (K-44 70 kq) özbəkistanlı Asilbek Husanov, sonra Gürcüstan idmançısı Giorgi Nikoladzeni də yarışdan kənarlaşdıraraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə meksikalı Juan Lopez Garciaya məğlub olan İ.Xəlilov qitə çempionatının gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K44 58 kq) bürünc medala sahib olub.

Turnir mayın 22-dək davam edəcək.

Xəbər 523 dəfə oxundu.