“Zirə” klubu haitili yarımmüdafiəçi ilə yollarını ayırıb
Bakının “Zirə” futbol klubu Brayan Alseusla yollarını ayırıb.

Haitili yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Zirə” B.Alseusa kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, futbolçu bu ilin yanvarında “Zirə” ilə 2,5 illik müqavilə imzalamışdı.

Xəbər 410 dəfə oxundu.