Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər fudokan üzrə kəmər üçün dərəcə imtahanları veriblər
Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyinin təqvim planına uyğun olaraq uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kəmər üçün dərəcə imtahanları veriblər.

Fudokan Mərkəzinin idmançılarından dünya və respublika birinciliklərinin qalibi Jasmin Xəlilova qəhvəyi, respublika birincisi Turanə Əliyeva və Aylin Nəzərova, Elnur Bayramov qırmızı, Nizami Tağızadə və Ayan Kərimli isə narıncı kəmərə layiq görülüblər.

Dərəcələr idmançılarımıza Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan qara kəmər sahibi Vüsal Abdullazadə tərəfindən təqdim edilib.

Qeyd edək ki, V.Abdullazadə Dünya Fudokan Federasiyasının qurucusu, 10-cu dan qara kəmər sahibi, tibb elmləri doktoru, professor, ehtiyatda olan general-leytenant rütbəli zabit İlya Yorqa tərəfindən keçirlən imtahanda 5-ci dan qara kəmərə layiq görülüb.

Xəbər 527 dəfə oxundu.