Yeniyetmə boksçularımız beynəlxalq turnirdə mübarizəyə başlayıblar
Bu gün yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanın Fərqanə şəhərində keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Boksçularımız turnirdə baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi ilə yarışırlar.

Turnirdə ölkəmizin idman şərəfini Bilal Nəzərov (44 kq), Faiq Mollayev (46 kq), Vaqif Hacıyev (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Murad Seyidli (60 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyev (70 kq) qoruyurlar.

Turnirdə Fikrət Hacıyev isə hakimlər arasında yer alıb.

Yarış mayın 24-dək davam edəcək.

Xəbər 551 dəfə oxundu.