Zaqatala və Mingəçevirdə futbol üzrə “Bahar turniri” keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə mayın 21-də Zaqatalada, ertəsi gün isə Mingəçevirdə 12 yaşlı qızlar arasında futbol üzrə “Bahar turniri” keçiriləcək.

Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Şimal-Qərb regionu üzrə 5, Mingəçevir şəhər stadionunda təşkil olunacaq yarışda isə Qərb regionu üzrə 9 komanda mübarizə aparacaq. Hər komandada 3 -ü 2010-cu il olmaqla, 2011-ci və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

Qeyd edək ki, ilk olaraq Bakı şəhərində təşkil olunan turnirin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.

Xəbər 390 dəfə oxundu.