Azərbaycan şahmatçısı Eltac Səfərli beynəlxalq festivalda uğurlu çıxışını davam etdirir
İtaliyada beynəlxalq şahmat festivalında Azərbaycan təmsilçisi Eltac Səfərli uğurlu çıxışını davam etdirir.

Otən 8 turda 5 xal toplayan şahmatçımız bu nəticə ilə gürcüstanlı Levan Pantsulaia ilə 1-2-ci pillələri bölüşür. Turnirdə 15 şahmatçı iştirak edir ki, onlardan da 6-sı qrosmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla reytinq cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər 484 dəfə oxundu.