Formula 2: Rusiya Qran-Prisini Fransa mərhələsi əvəz edəcək
Formula 2 yarışının 2022-ci il mövsümü 14 mərhələdən ibarət olacaq.

Soçi Qran-Prisi təqvimdən çıxarılsa da, yürüş rəhbərliyi yarışa əvəzləyici tapmağı bacarıb. Belə ki, Fransanın Pol-Rikar trası təqvimə əlavə olunub. Yürüş iyulun 22-24-də keçiriləcək.

Formula 2 seriyasının baş promouteri Bruno Mişel uzun müddət dəyişiklikə bağlı axtarışda olduqlarını deyib: “Fransa Qran-Prisi də, nəzərə alınsa seriya 14 mərhələdən ibarət olacaq. 2017-ci ildən keçirilən Formula 2 yarışlarının tarixində turnir ilk dəfə 14 mərhələdən ibarət olacaq. İyul ayı komandalar üçün gərgin olsa da, azarkeşlər bundan zövq alacaqlar”.

Qeyd edək ki, Formula 2 yarışının 6 mərhələsi olan Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 385 dəfə oxundu.