“Borussiya” klubu heyətini türkiyəli futbolçu ilə gücləndirib
Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dortmund təmsilçisi “Köln”ün yarımmüdafiəçisi Salih Özcanı transfer edib. İyirmi dörd yaşlı futbolçu artıq yeni komandası üçün tibbi müayinədən keçib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2020-ci ilin yayından “Köln”də çıxış edir.

Xəbər 358 dəfə oxundu.