Parataekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb
Böyük Britaniyanın Mançester şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıb.

idmançımız əvvəlcə özbəkistanlı Sanjarbəy Muntorovu yarışdan kənarlaşdıraraq (2:0) yarımfinala adlayıb. Növbəti mərhələdə türkiyəli Əli Can Özcana məğlub olan S.Zeynalov qitə çempionatının bürünc medalı ilə kifayətlənib.

Xatırladaq ki, Sabir Zeynalov ötən il İstanbulda təşkil olunmuş parataekvondo üzrə dünya çempionatında da bürünc medal əldə edib.

Xəbər 309 dəfə oxundu.