Polşa klubu Almaniya millisinin sabiq futbolçusu ilə müqaviləni yeniləyib
Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Otuz yeddi yaşlı hücumçunun sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, əslən polşalı olan Podolski 2021-ci ildən “Qurnik”də çıxış edir. O, bu mövsüm Polşa çempionatında 27 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər 400 dəfə oxundu.