Çimərlik futbolu üzrə Azərbaycan millisi Litva yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə yoldaşlıq oyunu keçirib.

Bakı Su İdmanı Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin heyətində Ramil Əliyev fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Litva millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 20-də və 21-də daha iki oyun keçirəcək.

Xəbər 412 dəfə oxundu.