Basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları qarşılaşacaq
Basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu Türkiyənin “Anadolu Efes” və İspaniyanın “Real Madrid” klubları arasında keçirilən matçın qalibi olacaq.

Serbiyanın paytaxtı Belqrad şəhərinin ev sahibliyi etdiyi basketbol üzrə Avroliqanın “Dördlər finalı”nda “Anadolu Efes” Yunanıstanın “Olimpiakos” klubunu 77-74 hesabı ilə məğlub edib. İkinci yarımfinalda ispan klubları - “Real Madrid” və “Barselona” qarşı-qarşıya gəlib. Matçda 86-83 hesabı ilə “Real Madrid” klubu üstün olub.

Beləliklə, mayın 21-də keçiriləcək basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, “Anadolu Efes” ötən il, “Real Madrid” isə 10 dəfə Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Xəbər 450 dəfə oxundu.