Şahmatçımız İtaliyada beynəlxalq festivalda liderlər qrupunda mübarizə aparır
İtaliyada beynəlxalq şahmat festivalı davam edir.

Yarışda Azərbaycanı təmsil edən Eltac Səfərli ötən 7 turda 4,5 xal toplayaraq gürcüstanlı Levan Pantsulaia ilə 1-2-ci pillələri bölüşür. Turnirdə 15 şahmatçı iştirak edir ki, onlardan da 6-sı qrosmeysterdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 20-dək davam edəcək.

Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla reytinq cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər 248 dəfə oxundu.