Azərbaycan parataekvondoçusu Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb
Bu gün Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında parataekvondo üzrə Avropa çempionatına start verilib.

Millimizin 2 üzvü - Sabir Zeynalov (58 kq) və Röyalə Fətəliyeva (47 kq) mübarizəyə başlayıblar. Parataekvondoçumuz S.Zeynalov özbəkistanlı Sanjarbəy Muntorovu yarışdan kənarlaşdıraraq (2:0) yarımfinala vəsiqə qazanıb. O, həm də özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, yarışda 12 ölkədən 60 parataekvondoçu medallar uğrunda mübarizə aparır.

Xəbər 251 dəfə oxundu.