Qadın şahmatçılar arasında Azərbaycan çempionatının ikinci turunda turnirin reytinq favoriti məğlub olub
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ikinci turun görüşləri keçirilib.

Bu turda yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması diqqəti cəlb edib. Turun digər oyunlarında qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevaya qalib gəlib. Digər partiyalarda qalib müəyyənləşməyib. belə ki, Türkan Məmmədyarova Xanım Balacayeva, Xəyalə Abdulla Ləman Hacıyeva arasında görüşlər bərabərliklə yekunlaşıb.

İki turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Liderdən yarım xal geri qalan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, müstəqil Azərbaycan tarixində qadınlar arasında XXXI ölkə çempionatının mükafat fondu artırılaraq 11 min 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4 min manat pul mükafatı qazanacaq.

Xəbər 259 dəfə oxundu.