Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq prosesi çərçivəsində quraşdırma işləri davam edir.

Mayın 19-da saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlanacaq.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.

Xəbər 463 dəfə oxundu.