ASAPES və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb | |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Litva İdman Universitetinin (LSU) rektoru professor Diana Reklaytiyene ilə görüş olub. Görüş zamanı qonağa ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyası və Multimedia mərkəzinə baxış keçirilib. Qonaq hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumatlandırılıb. Litva İdman Universitetinin rektoruna ASAPES-də təlim-tədris fəaliyyəti barədə ətraflı məlumat verilib, tələbə mübadiləsi, ikili diplom proqramları, elmi-tədris fəaliyyətinin birgə və səmərəli təşkili məsələləri müzakirə olunub. Görüşün sonunda ASAPES və İdman Akademiyası və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. |
|
Xəbər 280 dəfə oxundu. |
|
|