İdman rəqsləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman rəqsləri üzrə Azərbaycan çempionatı keçirilib.

Yeniyetmələr (14-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (19-35 yaş) arasında Avropa-standart, Latın Amerikası və çoxnovçülük proqramlarında təşkil edilən yarışda “Aypara”, “Şane”, “Olimp”, “Çinar” və “Azəri” idman klublarının 70 nümayəndəsi mübarizə aparıb.

Böyüklər arasında Latın Amerikası proqramında Mişel Maritan və Andrea Bolzoni (“Şane”) dueti birinci yeri tutub. Standart proqramda da “Şane”nin yetirmələri fərqləniblər - Kiril Pavlov və Kristina Şinkaryuk. Coxnövçülük nominasiyasında isə “Aypara” idman klubunun üzvləri Yeqor Nikolayev və Aleksandra Raskatova birinci olublar.

Gənclər arasında hər iki növdə (Latın Amerikası və standart) birinci yeri “Aypara”nın nümayəndələri Vladislav Yesipenok və Alua Karqabayeva tutublar. Yeniyetmələrin mübarizəsinə gəlincə, Latın Amerikası növündə Ostap Şeşukov və Mədinə Məmmədova dueti (“Çinar”), standart proqramda isə Qaflan Abbasov və Anastasiya Kşnyakina (“Azəri inciləri”) qalib gəliblər.

Xəbər 550 dəfə oxundu.