“Təhsil” RİM-in yetirmələri velosiped idmanı üzrə federasiya kuboku yarışında uğurla çıxış ediblər
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən oğlan və qızlar arasında trek velosipedinin sprint növləri üzrə federasiya kuboku yarışı keçirilib.

Respublika Velotrekində təşkil olunan yarışda idmançılar 500, 1000 metr məsafələrə fərdi ötüşmədə və komanda sprinti növündə güclərini sınayıblar.

Komanda sprinti növü üzrə yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri, 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançıları Əmral Əbdüləzizli, Lalə Əbdürəhmanova birinci, İradə Əbdürrəhmanova, Ayan Məmmədzadə üçüncü, 500 metr məsafəyə fərdi ötüşmələrdə qızlar arasında Lalə Əbdürrəhmanova ikinci yerləri tutublar.

Xəbər 573 dəfə oxundu.