Şahmatçımız Şəhriyar Məmmədyarov “Chessable Masters” yarışında mübarizə aparacaq
Mayın 19-da şahmat üzrə nüfuzlu Çempionlar turu çərçivəsində onlayn formatda “Chessable Masters” yarışı start götürəcək.
16 şahmatçının qatılacağı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Ş.Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, Tari Aryan (Norveç), Vey Yu, Dinq Liren (Çin), Samuel Şenkland, Mişra Abhimanyu (ABŞ), David Guizarro (İspaniya), Rameşbabu Praqnanandha, Pentala Harikrişna, Qucarati (Hindistan), Cons Gevane (İngiltərə), Yorden Van Forrest, Aniş Giri (Niderland), Niels Qrandelius (İsveç) və kanadalı Erik Hansen iştirak edəcəklər.

Şahmatçılar əvvəlcə dairəvi sistem (qələbə 3 xal, heç-heçə 1 xal) üzrə mübarizə aparacaqlar. Yekun nəticədə, 8 ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.

Turnir mayın 26-dək davam edəcək.

Xəbər 261 dəfə oxundu.