Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna ciddi itkilərlə çıxacaq
Azərbaycan millisinin futbol üzrə Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasının futbolçusu Oralxan Omirtayev zədələnib.
Bu barədə oyunçunun klubu "Akjayık"ın mətbuat xidməti məlumat yayıb.

Yerli çempionatın 11-ci turunda "Taraz"la görüşdə (0:2) sıradan çıxan 24 yaşlı hücumçunun zədəsinin ciddi olduğu bildirilib. Onun Millətlər Liqasının iyun ayında keçiriləcək oyunlarını buraxacağı gözlənilir.

Daha əvvəl Qazaxıstan millisinin futbolçularından Azat Nurqaliyev və Nurlan Dairov da zədələnmişdi.

Xatırladaq ki, iyunda Qazaxıstan yığması Millətlər Liqasında dörd oyun keçirəcək. İlk matç isə iyunun 3-də Azərbaycana qarşı olacaq.

Xəbər 263 dəfə oxundu.