Azərbaycan badmintonçusu “Thailand Open-2022” turnirində əsas mərhələyə yüksəlib
Badmintonçumuz Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkokda keçirilən “World tour super 500” seriyalı “Thailand Open-2022” turnirində kişilərin şəxsi yarışında əsas mərhələyə yüksəlib.

Mübarizəyə təsnifatdan başlayan təmsilçimiz ilk görüşündə misirli Hatem Adhama 2:0 (21:10, 21:15) hesabı ilə qalib gəlib. İdmançımız əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya badmintonçusu Maks Veisskirheni 2:0 (21:11, 21:19) hesabı ilə məğlub edib.

Badmintonçumuz 1/16 finalda Malayziya təmsilçisi Li Zi Jia ilə qarşılaşacaq. Görüş mayın 18-də keçiriləcək. Li Zi Jia kişi badmintonçuların dünya reytinqində 6-cı sırada qərarlaşıb.

Xəbər 448 dəfə oxundu.