Ötən ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib
Azərbaycan Milli Olimpi¬ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy¬ası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.

MOK-un inzibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiy¬asının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə, ədalətli oyun prinsiplərinə sadiq hakim mükafatı Asif Şirəliyevə (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatı Radiq Hüseynova (güləş), ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə təqdim olunub.

Bundan əlavə, beş fotoqraf “ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qalibi seçilib.

Xəbər 275 dəfə oxundu.