Stolüstü tennisçilərimiz beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər
Stolüstü tennisçilərimiz daha bir ciddi sınaq qarşısındadırlar.

Yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər. Belə ki, oğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində təşkil olunacaq turnirlərə qatılacaqlar. Qızlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində keçiriləcək yarışda bacarıqlarını göstərəcəklər. Qax Olimpiya İdman Kompleksində və Türkiyənin Yalova şəhərindəki təlim-məşq toplanışlarını başa vuran tennisçilər məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə hazırlıq prosesini Bakıda davam etdirirlər.

Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyacaq.

Qeyd edək ki, bu yarışlarda iştirakın əsas məqsədi iyulda Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

Xəbər 412 dəfə oxundu.