Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub
Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir qrup şahmatçının titulunu rəsmi qaydada təsdiqləyib.

FIDE Azərbaycan şahmatçısı Məhəmməd Muradlını beynəlxalq qrosmeyster kimi siyahıya daxil edib. Qeyd edək ki, M.Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster kimi tarixə düşüb.

Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrosmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçiblər.

Xəbər 487 dəfə oxundu.