AMADA paralimpiyaçılar üçün maarifləndirici seminar keçirib
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) idmana yeni cəlb edilən paralimpiyaçılar üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar keçirilib.

Seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

Seminarda Paralimpiya idman növləri ilə məşğul olacaq müxtəlif dərəcəli əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsi qaziləri, komitənin idman şöbəsinin mütəxəssisi Saday Abdullayev, AMADA-nın Təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, təhsil proqramları üzrə menecer Qüdrət Səfərov, rəqəmsal marketinq üzrə menecer Anar Abdullayev iştirak ediblər.

Qeyd olunub ki, idmançıların antidopinq qaydalarına riayət etməsi üçün AMPK və AMADA mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

Xəbər 502 dəfə oxundu.