İdman rəqsləri üzrə Azərbaycan çempionatı keçirilib
Mayın 15-də İdman rəqsləri üzrə Azərbaycan çempionatı keçirilib. Avropa-standart, Latın-Amerikası və çoxnövçülük (10 rəqs) proqramlarında təşkil edilən çempionatda “Aypara”, “Şane”, “Olipm”, “Çinar” və “Azəri” idman klublarının 70 nümayəndəsi yarışıb.

Yarış yeniyetmələr (14-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (19-35 yaş) arasında keçirilib.

Böyüklər arasında Latın Amerikası proqramında birinci yeri Mişel Maritan və Andrea Bolzoni dueti (“Şane” idman klubu) tutublar. Standart proqramda da “Şane”nin yetirmələri Kiril Pavlov və Kristina Şinkaryuk fərqləniblər.

Çoxnövçülük nominasiyasında isə “Aypara” idman klubunun üzvləri Yeqor Nikolayev və Aleksandra Raskatova birinci olublar.

Gənclər arasında hər iki növdə (Latın Amerikası və standart) birinci yeri Vladislav Yesipenok və Alua Karqabayeva (“Aypara” idman klubu) tutublar.

Yeniyetmələrin mübarizəsində Latın Amerikası növündə Ostap Şeşukov və Mədinə Məmmədova (“Çinar” idman klubu), standart proqramda isə Qaflan Abbasov və Anastasiya Kşnyakina (“Azəri inciləri” klubu) birinci pillədə qərarlaşıblar.

Xəbər 2856 dəfə oxundu.