Nərimanov rayonun gəncləri “Cəsur kadet” sınaq günlərində fəal iştirak ediblər
Hərbi Qənimətlər Parkının yanında hazırlanan xüsusi zonada Gənclər və İdman Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan “Cəsur kadet” sınaq günlərində Nərimanov rayonun gəncləri fəal iştirak ediblər.

Tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.

Rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal gəncləri tamaşaçı qismində, 193 nömrəli tam orta məktəbin “Şahin” hərbi-idman oyunlarının komandası öz gücünü sınayıb.

Qaliblər müxtəlif diplomlar ilə təltif olunublar.

Xəbər 271 dəfə oxundu.