Xəzər rayonunun yeniyetmə idmançıları yerli yarışlarda uğur qazanıblar
Xəzər rayonunun yeniyetmə idmançıları MMA, pankration və qrapplinq üzrə açıq Bakı çempionatında uğurla çıxış ediblər.

Hövsan Olimpiya İdman Komleksində keçirilən yarışda Murad Rəhimov, Elton Teymurov qızıl, Senur Rəhimli və Ələm Məmmədov gümüş, Məhəmməd Nəbili isə bürünc medala sahib olublar.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən uşu üzrə XXlX Azərbaycan çempionatında isə Hacıbala Babayev ikinci pillədə qərarlaşıb.

Xəbər 431 dəfə oxundu.